Süni intellektin təsirləri və riskləri, iş yerlərini yenidən formalaşdırması və həyatımıza müxtəlif yollarla təsir etmək potensialı bu gün əsas müzakirə mövzusudur.
“Bu risklər müxtəlifdir, yanlış məlumat və qərəzlilikdən demokratiyaya xələl gətirə biləcək təhdidlərə qədər”, - deyə süni intellekt etikası üzrə ekspert və filosof Mark Koekelberq bu yaxınlarda bildirib.
“Daily Sabah”a danışan Vyana Universitetinin media və texnologiya fəlsəfəsi professoru və ondan çox kitabın məhsuldar müəllifi Mark Koekelberq süni intellektin tənzimlənməsi və şəffaflığı məsələsini qiymətləndirərək, bu yayılan texnologiyanın yaratdığı risklərdən məlumat verib.
"Düşünürəm ki, birdən-birə “atom bombası” kimi nəhəng bir şeyin işə düşməsi o qədər də adi deyil. Biz bu barədə düşünməliyik. Bu, müxtəlif risklərin üst-üstə yığılmasıdır", -deyə ekspert İstanbulda keçirilən “TRT World” Forumu çərçivəsində eksklüziv müsahibəsində bildirib.
Həmçinin Avropa Komissiyasının Süni İntellekt üzrə Yüksək Səviyyəli Ekspert Qrupunun üzvü və “Yaxşı məqsədlər üçün süni intellektdən istifadə” layihəsinin həmtəsisçisi olan Koekelberq süni intellektin siyasətə və cəmiyyətə təsiri ilə bağlı paneldə çıxış edənlərdən biri olub.
Potensial risklərin əhatə dairəsini təfərrüatlandıraraq, məşğulluğun da risklərdən biri olduğunu önə çəkən professor keçən ildən bəri xüsusilə üzərində dayandığı risklərdən birinin demokratiya olduğunu qeyd edərək, özünün “Süni intellekt demokratiyaya niyə xələl gətirir və bununla bağlı nə etməli” kitabına toxunub.
O, izah edib ki, kitab "seçkilərə təsir və seçkilərin manipulyasiyası, seçicilərin əsasən süni intellekt və sosial media vasitəsilə manipulyasiyası" kimi məsələlərə toxunur.
“Demokratiyaya ehtiyacımız var, biliyə ehtiyacımız var və həqiqətə ehtiyacımız var. Artıq nəyin doğru olub-olmamasından əmin deyilik. Çoxlu saxta xəbərlər, dezinformasiyalar, manipulyasiyalar və sair var və bu, demokratiyanın işləmə potensialının azaldığı bir mühit yaradır”, -o qeyd edib.
Professor yanlış məlumatlarla bağlı narahatlıqlarını, böyük texnoloji şirkətlər tərəfindən daha nələr edilə biləcəyi və ümumiyyətlə bununla mübarizə aparmaq üçün pis təsirləri azaltmaq, şəffaflıq və tənzimləmə ehtiyacını vurğulayıb.
Şəffaf olmaq
"Bir tərəfdən, bu texnologiyanın nə edə biləcəyi həyəcanverici və maraqlıdır, lakin həm də qorxudur, çünki insanlar artıq şeylərin real olub-olmadığını bilmirlər", -ekspert bildirib.
"Ona görə də mən hesab edirəm ki, biz şəffaf olmağa diqqət yetirməliyik, baş verənləri izləməliyik. Hazırdaq texnologiya ilə bağlı çox balanssız olan bir növ geosiyasi vəziyyət var", - Koekelberq deyib.
Maarifləndirmə, təhsil
Bundan əlavə, o, vətəndaşlar və istifadəçilərə məsələn, “ChatGPT” kimi sistemlərin məhdudiyyətləri olduğunu çatdırmaq üçün məlumatlılığın artırılmasının vacibliyini vurğulayıb.
"Düşünürəm ki, peşəkar pedaqoqlardan, həm də valideynlərin köməyi bizim üçün vacibdir. Buna görə də biz müəllimləri və valideynləri ilk növbədə bununla bağlı maarifləndirməliyik ki, onlar şagirdlərə və uşaqlara texnologiyanı həyatlarına inteqrasiya etməyə kömək edə bilsinlər. Məntiqli olan yol onların həyatını mənalı edir”, - deyə o qeyd edib.
O, texnologiyaya gəldikdə etibara diqqət çəkərək, onun həmişə bəzi "gözlənilməz təsirləri" olduğunu xatırladıb.
"Ona görə də hesab edirəm ki, texnologiyanın daha etik və daha məsuliyyətli olmasına əmin olmaq üçün etik insanlarla texniki insanlar və siyasət adamlarının birlikdə işləməsi yaxşıdır", -professor bildirib.
Sİ qərəzi, maliyyə qərəzliyi
Gələcəkdə bank sistemlərinin Sİ tərəfindən potensial transformasiyasına əlavə olaraq, məsələn, Sİ sistemlərinin kreditlərin alıcılarını müəyyən etmək üçün istifadə oluna biləcəyi Sİ qərəzinə və xüsusən də maliyyə sahəsində Sİ qərəzinə toxunan professor bunun çox yaxşı nümunə olduğunu söyləyib. Bank və sığorta sistemlərinin də süni intellektlə dəyişəcəyini izah edərək, bir çox məlumatı təhlil edərək, özəl məlumatlarımızın davamlı olaraq alınmasının, daim nəzarət altında olmanın tənzimləmənməsinin vacib olduğunu təklif edib.
İnsanlar sadəcə internetə girir, onlayn alış-veriş edir və s. Ancaq düşünmürlər ki, bunların arxasında bu alqoritmlər və həmçinin süni intellekt dayanır.
"Beləliklə, yenə də bildirirəm ki, maarifləndirmə aparmaq, həm də bütün bu sektorları tənzimləmək vacibdir. Bu, müxtəlif yollarla, xüsusilə innovasiyaya mane olmayan yollarla edilməlidir. Çünki süni intellekt müəyyən mənada kömək edə bilər, lakin bunu etik qaydada etmək lazımdır. Həm məsuliyyətli yol, həm də demokratiyanı sarsıtmayan və cəmiyyət üçün daha çox xeyirə aparan yollar”, - deyə o, müsahibəni yekunlaşdırıb.
Nubar Süleymanova, “İki sahil”