Heydər Əliyev Sarayında Əməkdar artist Tahir İmanovun “50 il 50 obraz” adlı yubiley solo konserti baş tutub.
“İki sahil” xəbər verir ki, sözügedən gecədə bir çox məşhur simalar iştirak edib. Onlardan biri də Xalq artisti Tünzalə Ağayeva olub.
Pop ulduz konsert proqramında “Ölülər 21-ci əsr” filminin musiqisini ifa edib.
Vətən haqqında balladanın musiqisi Xalq artisti, bəstəkar Faiq Sücəddinova, sözləri isə Əməkdar incəsənət xadimi Baba Vəziroğluya məxsusdur.
Xalq artistinin əsrarəngiz və duyğusal ifası dinləyicilərin ruhunu oxşayıb.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib