10 dekabr 2024 15:17
163

QHT-lər üçün “Qış məktəbi” təşkil olunacaq

Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelər sahəsində bacarıqların inkişafı üzrə “Qış məktəbi” təşkil olunacaq

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 dekabrda Şamaxı şəhərində mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və fiziki şəxslər üçün “Qış məktəbi” keçiriləcəkdir.

Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, “Qış məktəbi” MYS sahəsində məlumatlılıq səviyyəsinin artırılması, effektiv layihə idarəedilməsi və strategiya qurma bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilir. İştirakçılar “Qış məktəbi”ndə MYS-nin prioritet istiqamətləri, eləcə də mədəniyyət siyasəti ilə bağlı biliklər əldə edəcək, MYS sahəsində şəbəkələşmə imkanı qazanacaqlar.

İştirak qeydiyyat vasitəsilə mümkündür. Qeydiyyat 11 dekabr saat 23.59-a qədər aktiv olacaq. Qeydiyyat üçün bu linkə daxil olmaq mümkündür.