Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.
Beynəlxalq münasibətlər sistemində belə bir praktikanın olduğunu diqqətə çatdıran Hikmət Hacıyev əlavə edib: “İşğalçı və təcavüzkar dövlətlərin hərbi quruculuğu, hərbi planları və ordu quruculuğu prosesində müəyyən məhdudiyyətlər həyata keçirilir. Bu məhdudiyyətlər istər İkinci Dünya müharibəsindən sonra, istərsə də İraq-Küveyt müharibəsindən sonra İraqa münasibətdə tətbiq edilib. Ona görə də biz hesab edirik ki, Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır və Ermənistana hücum xarakterli silahları verən ölkələrin ciddi məsuliyyəti məsələsinə də baxılmalıdır".
TÜRKPA Baş katibinin müavini: Türk dünyası artıq ortaq strateji hədəflər ətrafında birləşə bilir
Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb
Vüsal Qasımlı: 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbə bərpa olunacaq