Bakı Ali Neft Məktəbində Ulu Öndər Heydər Əliyevin anım günü keçirilib.
“İki sahil” xəbər verir ki, anım tədbirində Bakı Ali Neft Məktəbinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Rektor Elmar Qasımov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb. Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi və müstəqil dövlət quruculuğu dövrü olduğunu qeyd edib.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi xüsusi vurğulanıb.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.
Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib
Azərbaycan XİN Meksika və Papua Yeni Qvineyanı milli günləri münasibətilə təbrik edib
Lökbatan qəsəbəsində şəhid Quliyev Fərid Vahid oğlunun ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO