Bu gün energetika naziri Pərviz Şahbazov Lənkəran şəhərində vətəndaşları qəbul edib.
"İki sahil” Energetika Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, sayğac quraşdırılması, elektrik enerjisindən istifadəyə görə borcun yaranması, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası və istismar vəziyyəti, təbii qaz təchizatı, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda Lənkəran, Astara, Biləsuvar və Cəlilabaddan olan 11 vətəndaş iştirak edib.
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub