Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun dekabr ayı üzrə növbəti səyyar qəbul–görüşü keçirilib.
“İki sahil” xəbər verir ki, 42-ci məhəllədə keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.
Zakir Fərəcov hər bir müraciətə diqqətlə yanaşaraq, qaldırılan məsələlərin bir qismini dərhal həll edib. Araşdırma tələb edən digər məsələlərin isə qanunvericiliyə uyğun şəkildə, sürətli həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Zakir Fərəcovun rəhbərliyi ilə keçirilən səyyar qəbullar hər həftə müntəzəm olaraq təşkil olunur.
Lökbatan qəsəbəsində şəhid Quliyev Fərid Vahid oğlunun ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub