14 dekabr 2024 16:35
111

Deşam DÇ-2026-nın püşkünü dəyərləndirdi

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın Avropa seçmə mərhələsinin püşkatmasını şərh edib.

Püşkün nəticəsinə əsasən, Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa - Xorvariya cütünün qalibi D qrupunda Ukrayna, İslandiya və Azərbaycan komandaları ilə mübarizə aparacaq. Cütün məğlubu isə Çexiya, Monteneqro, Farer adaları və Cəbəllütariqin yer aldığı L qrupunda yarışacaq. 

“İki sahil” xəbər verir ki, Deşam Fransa Futbol Federasiyasının saytına açıqlama verib və bu püşkü dəyərləndirib:

"Bizim 7 potensial rəqibimiz var. 3-ü bir qrupda, 4-ü digərində, hamısı fərqli oyun üslublarına malikdir. Bir çox insan üçün püşkatma prosesini başa düşmək çətindir. Əvvəlki ilə müqayisədə, görünürlük daha azdır. Biz hansı qrupa düşəcəyimizi bilmək üçün Mllətlər Liqasının 1/4 final matçına çıxmalıyıq".