14 dekabr 2024 17:33
101

Hava şəraiti oynamağımıza mane olurdu - Ayxan Abbasov

Əsas odur ki, 1 xal qazana bildik.

“İki sahil” xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Səbail"ə qarşı Misli Premyer Liqasının XVII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, heç-heçə başa çatan qarşılaşmanı şərh edib:

"Bilirdik ki, gərgin oyun olacaq. Hər iki komandaya xal lazım idi. Hava şəraiti oynamağımıza mane olurdu. Qarlı meydanda futbol oynamaq çox çətindir. İki komandanı da təbrik edirəm. Yaxşı ki, futbolçular zədələnmədilər. Əsas odur ki, 1 xal qazana bildik".

Qeyd edək ki, XVII turun görüşündə "Şamaxı" evdə "Səbail"lə qolsuz bərabərə qalıb.