Dekabrın 15-də Bakıda katoliklərin Milad bayramını qeyd etməyə hazırlaşdığı kilsə ilinin xüsusi dövründə - Adventin III Bazar günündə Müqəddəs Messa mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, Müqəddəs Taxt-Tacın Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager Bakının əsas katolik kilsəsində - Müqəddəs Məryəm Katolik Kilsəsində keçirilən Müqəddəs Messaya başçılıq edib.
Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsiosu arxiyepiskop Marek Solçinski, eləcə də Bakı Müqəddəs Məryəm Katolik Kilsəsinin ruhaniləri mərasimdə iştirak ediblər.
Arxiyepiskop Qallager xütbə ilə müraciət edib.
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub