Paytaxt məktəblərində “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon icra hakimiyyətləri, rayon polis idarələrinin nümayəndələri, müəllim və şagirdlər iştirak edib.
Maarifləndirici tədbirlərdə iştirakçılara erkən nikah və qohum nikahları, müvafiq problemlərin səbəbləri, fəsadları, bu məsələlərə dünyada və ölkəmizdəki yanaşmalar, qanunvericilik aktları və bu sahədə həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Çıxışlarda erkən nikahın sosial-psixoloji fəsadları, qohum evliliyinin səbəb olduğu ağır nəticələr və bu problemlərin gənc nəsil üçün yaratdığı təhlükələrdən danışılıb.
Həmçinin tədbirlərdə iştirakçılara erkən nikahın qarşısının alınması üçün əsas məqamlar barədə məlumatlar verilib, mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.