Ölkəmizdə ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, müraciətlərin operativ şəkildə cavablandırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və ölkəmizdə fəaliyyət göstərən digər məhkəmələrlə əlaqə saxlamaq üçün “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verilib.
Bu barədə "İki sahil"ə Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
"Azərbaycan Respublikasının istənilən regionundan stasionar telefonlardan (012) 887, bütün mobil operatorlardan isə 887 qısa nömrəsinə yığmaqla, səsli menyuda təqdim olunan əlaqə kodları vasitəsilə müvafiq məhkəmə ilə əlaqə qurmaq mümkündür. Məhkəmələrin əlaqə kodlarını, həmçinin Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsindən (www.jlc.gov.az) də əldə edə bilərsiniz", - məlumatda bildirilib.
Qeyd edək ki, Çağrı Mərkəzi bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək canlı iş rejimində xidmət göstərir.
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub