Dekabrın 18-də 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Yeni Azərbaycan Partiyasının inzibatı binasında bir qrup vətəndaşı qəbul edərək onların müraciət və təkliflərini dinləyib.
“İki sahil” xəbər verir ki, qəbula gələn vətəndaşların müraciətləri qeydə alınıb, onlara lazımi tövsiyələr verilib. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı tərəfindən nəzarətə götürülüb.
Qəbulda iştirak edənlər onlara göstərilən diqqətə, səmimiyətə görə minnətdarlıqlarını ifadə edib, qaldırılan məsələlərin tezliklə həll olunacağına əminliklərini bildirdilər, belə qəbullar və görüşlərin cənab Prezident İlham Əliyevin vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı tövsiyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub