19 dekabr 2024 15:03
88

Rumıniyada hakim partiya koalisiya danışıqlarından çəkildi

Rumıniyada hakim mərkəz sol Sosial Demokrat Partiyası (PSD) son parlament seçkilərindən sonra Avropayönlü partiyalarla koalisiya danışıqlarından çıxıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, PSD lideri və baş nazir Marsel Ciolacu bu qərarı “bəzi siyasətçilərin konstruktiv dialoqa girə bilməməsi” ilə izah edib.

“Partiya daxilində və ictimaiyyət qarşısında bəyanatlarına zidd olan tərəfdaşlarla işləmək mümkün deyil. Biz ləyaqətlə danışıqlardan çıxmaq qərarına gəldik. PSD parlamentdə sağçı hökuməti dəstəkləyəcək, çünki Rumıniyanın təcili olaraq seçkilərə qədər mövcud problemlərin öhdəsindən gələcək hökumətə ehtiyacı var”, - deyə, Marsel Çiolaku qeyd edib.