Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“İki sahil” Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, səfir XİN-dəki görüşdən əvvəl KİV-ə şərh verməkdən imtina edib.
"Gürcüstan Xarici İşlər Nazirliyində Britaniyanın ölkəmizdəki səfiri Qaret Uordla görüş keçirilir. Səfirin XİN-ə çağırılması Britaniyanın sanksiyalar tətbiq etməsi ilə bağlıdır", - "Birinci kanal" məlumat verib.
Qeyd edək ki, ötən gün Britaniya Gürcüstanın DİN rəhbəri Vaxtanq Qomelauri də daxil olmaqla bəzi yüksək vəzifəli məmurlara qarşı sanksiyalar tətbiq edib.