Mərkəzi Seçki Komissiyası Seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarını təsdiq edib.
“İki sahil” xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar layihəsi müzakirə olunub.
MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə seçkilərində iştirak hüququ olan seçicilərin ümumi sayından 3 faiz çox olmaqla 6 milyon 52 min 721 ədəd seçki bülleteni çap ediləcək.
Qərar səsverməyə çıxarılaraq, qəbul olunub.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır