23 dekabr 2024 13:39
106

Lukaşenkonun namizədliyi qeydə alınıb

Belarus Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonu prezidentliyə namizəd kimi qeydə alıb.

“İki sahil” xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

2025-ci il yanvarın 1-dən 25-dək seçkiqabağı təşviqat kampaniyası keçiriləcək.

Bundan başqa, MSK aşağıdakı şəxsləri ölkə prezidentliyinə namizəd kimi qeydə alıb: fərdi sahibkar Anna Kanopatskaya, Liberal-Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak.

Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib.