23 dekabr 2024 10:01
115

Netanyahu: Biz şiddətli əməliyyata başlayacağıq

Baş nazir Benyamin Netanyahu Safed şəhərində keçirilən İsrail Təhlükəsizlik Kabinetinin iclasından sonra yayımlanan videoda Yəməndəki husilərlə bağlı açıqlamalar verib.

“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, Netanyahu Yəməndə husilərə qarşı “şiddətli əməliyyat” keçirəcəklərini bildirib: "ABŞ və bizim kimi digər ölkələr də husiləri təkcə beynəlxalq daşımalara deyil, həm də dünya nizamına təhlükə olaraq görürlər".

Yəməndə İranın dəstəklədiyi husilər dekabrın 19-da İsrailin Yaffa şəhərində iki hərbi obyektin “Fələstin 2” tipli ballistik raketlərlə vurulduğunu açıqlayıb.

İsrail ordusu radiosu Husilərin Yaffaya raket hücumundan sonra İsrail ordusunun Yəməndə 5 hədəfə 14 döyüş təyyarəsi ilə çoxsaylı bombalı hücumlar təşkil etdiyini bildirib.

İsrail ordusu açıqlamasında Husilərin hücumu nəticəsində Təl-Əviv yaxınlığındakı Ramat Qan şəhərində bir məktəbə ziyan dəydiyini bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”