Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə bir qrup idmançının və idman mütəxəssisinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
“İki sahil” xəbər verir ki, Sərəncama əsasən, dörd nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, on nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.
Eyni zamanda, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə iki nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı, üç nəfərə isə Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır