23 dekabr 2024 19:37
111

Dekabrın 25-də MDB ölkələri liderlərinin görüşü keçiriləcək

Dekabrın 25-də MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O, Putinin Sankt-Peterburqdakı proqramından danışıb.

Uşakov bildirib ki, Rusiya Prezidentinin görüşləri Leninqrad vilayətində, İqora kurort kompleksində baş tutacaq. Dekabrın 24-də axşam Putin Tacikistan Prezidenti İmaməli Rəhmonu qəbul edəcək.

Prezident Rusiyanın MDB-yə sədrliyinin yekunlarına yekun vuracaq, daha sonra liderlər qeyri-rəsmi ünsiyyət qurmaq imkanı əldə edəcəklər. İclasda sənədlərin imzalanması planlaşdırılmır.

Uşakov qeyd edib ki, Putin dekabrın 26-da Ermənistanın baş naziri Paşinyanın sədrliyi ilə Ali Avrasiya Şurasının iclasında iştirak edəcək. (APA)