23 dekabr 2024 21:31
107

Azərbaycanın D-8-ə üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan

Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlüyü bu təşkilatı daha da gücləndirəcək.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

O bildirib ki, təşkilatın 3 qitədə də təsiri artıb.

Qeyd edək ki, dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində D-8 XI Sammiti zamanı Azərbaycan yekdilliklə D-8 təşkilatının üzvü seçilib.