25 dekabr 2024 14:57
104

Ceyhun Bayramov AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

“İki sahil” xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Bu gün “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Baş verən bu dəhşətli qəza nəticəsində həlak olan şəxslərə Allahdan rəhmət diləyir, ailələrinə və doğmalarına dərin hüznlə baş sağlığı verir, yaralılara şəfa arzu edirik",-məlumatda qeyd edilib.

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov da hadisə ilə bağlı paylaşım edərək başsağlığı ifadə edib.