25 dekabr 2024 14:43
105

Rusiyanın dondurulmuş aktivlərindən vəsaitlərin Kiyev verilməsi oğurluqdur - Peskov

Rusiyanın dondurulmuş aktivlərindən vəsaitlərin Ukraynaya köçürülməsi oğurluqdur.

"İki sahil" RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu pul bizdən oğurlanıb. Bizim bloklanan holdinqlərimiz də tamamilə qeyri-qanuni bloklanır. Bu, bütün qaydalara ziddir”- deyə, Peskov bildirib.

Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən 1 milyard dollar alıb. Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.