Bu gün AZAL-a məxsus təyyarənin Aktauda təcili enişi zamanı qəzaya uğraması xəbərini dərin hüznlə öyrəndik.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "X" hesabında paylaşım edib.
"Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tam sağalmasını arzu edirik", - deyə o bildirib.