Rusiya qazı təkcə Ukrayna vasitəsilə deyil, müxtəlif marşrutlarla Avropaya çatdırmağa hazırdır.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Baş nazirin müavini Aleksandr Novak “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
“Biz həmişə bəyan etmişik ki, biz qazın nəqlini davam etdirməyə hazırıq, təkcə mövcud xətt üzrə deyil, bir sıra başqa marşrutlar da var”, - deyə, Novak qeyd edib.
Onun sözlərinə görə, Ukrayna ərazisindən qaz tranziti yalnız Aİ ilə Kiyev arasında razılaşmalardan asılıdır.