Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dekabrın 26-da Azərbaycanın İslamabaddakı səfirliyində olub.
“İki sahil” xəbər verir ki, səfirlikdən bildiriblər ki, Baş nazir “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan itkisi ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə şəfa diləyib.
Məhəmməd Şahbaz Şərif başsağlığı kitabında ürək sözlərini yazıb. O, Pakistanın qardaş Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu bildirib.
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub