Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən qurumun Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən “Abşeron”, “Günəşli” və “Qaranquş” sanatoriyalarının ərazisində ağacəkmə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan tədbirdə AHİK-in, həmçinin quruma üzv və tabe təşkilatların kollektivləri, eləcə də “AHİK könüllüləri” iştirak ediblər. Ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq, ümumilikdə 600-dən çox şam, limon şamı və palıd ağacı əkilib.
Qeyd edək ki, ağacəkmə aksiyasının məqsədi ətraf mühiti qorumaq, təbiətə sevgi aşılamaqdır.
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub