29 dekabr 2024 14:13
156

Türk klubu De Brüyneyə həftəlik 250 min təklif edir

"Fənərnaxça" "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brüyne ilə danışıqları davam etdirir.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi belçikalı futbolçuya yüksək ödəniş etməyə də hazırdır.

Türkiyə klubu 33 yaşlı futbolçuya həftəlik 250 min funt-sterlinq (təqribən 301 min avro) maaş verməyə razıdır.

Mənbənin məlumatına görə, "Mançester Siti" isə De Brüyne ilə 2025-ci ilin iyununda başa çatacaq müqaviləni daha bir il müddətinə artırmaq istəyir. Lakin bunun üçün futbolçu da mövsümün sonuna qədər yüksək oyun keyfiyyəti nümayiş etdirməlidir.

De Brüyne ilə "Fənərbaxça"dan başqa, ABŞ və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.

Qeyd edək ki, De Brüyne bu mövsüm bütün turnirlərdə 16 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalında futbolçunun bazar dəyəri 35 milyon avrodur.