Bu qış "Napoli"dən ayrılacaq ilk futbolçu müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumt yayıb.
O, Mario Rui ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriləcəyini bildirib. Qış transfer pəncərəsi zamanı portuqaliyalı müdafiəçi azad agent olacaq.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2018-ci ildən "Napoli"də oynayır. O, bu mövsüm Neapol klubunda heç bir görüşdə meydana çıxmayıb.