Suriyanın devrilmiş rejim lideri Bəşər Əsədin həyat yoldaşı Esma Əsədin boşanmaq istədiyi iddialarından sonra səhhəti ilə bağlı xəbərlər gündəmə gəlib.
“İki sahil” xəbər verir ki, İngiltərə mətbuatı may ayında leykemiya diaqnozu qoyulan və müalicə alan, daha sonra yenidən leykoz diaqnozu qoyulan və sağ qalma şansının yüzdə 50 olduğu açıqlanan Esma Əsədin İngiltərəyə girə bilməyəcəyini yazıb.
İngiltərə mətbuatı, ikili vətəndaşlığı olan Esma Əsədin pasportunun müddətinin bitdiyini bildirərək, pasportunun müddəti bitdikdən sonra İngiltərə səlahiyyətlilərinin səhhətinə görə onun ölkəyə qayıtmasına icazə vermədiyini və bu səbəbdən E.Əsədin Böyük Britaniyada müalicə ala bilməyəcəyini qeyd edib.
Digər tərəfdən İngiltərə Nazirlər Kabinetindəki mənbələr tərəfindən 2020-ci ildə müddəti bitən İngiltərə pasportunu yeniləməyən E. Əsədin heç bir səyahət sənədinin olmadığı açıqlanıb.
Esma Əsədə 2018-ci ildə döş xərçəngi diaqnozu qoyulub və 2019-cu ilin avqustunda xərçəngə qalib gəldiyi açıqlanıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”