Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Azərbaycanı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə TÜRKPA məlumat yayıb.
“Dünyada 50 milyon azərbaycanlını birləşdirən bu bayram birliyin, həmrəyliyin, milli dəyərlərə hörmətin rəmzidir. Bütün dünya azərbaycanlılarını təbrik edir, onlara sülh və firavanlıq arzulayırıq”, - məlumatda bildirilir.