Ermənistanın paytaxtı İrəvanda Almaniya Səfirliyinin əməkdaşları ilə mübahisə edən vətəndaşlar polislər tərəfindən döyülüb.
“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən döyülən 62 yaşlı E.Q. xəstəxanaya yerləşdirilib. Hadisə zamanı habelə 60 və 48 yaşlı şəxslər xəsarət alıblar. Onların İrəvan sakinləri olduqları bildirilir.
Zərərçəkənlərdən biri polisə bildirib ki, növbətçilik qaydasının pozulması ilə bağlı yaranan fikir ayrılıqları səbəbindən səfirlik əməkdaşları onlara qarşı hörmətsizlik edib. Onlar bundan sonra polisə zəng ediblər. Əraziyə gələn post-patrul əməkdaşları isə sakinlərə qarşı güc tətbiq ediblər və əlləri qandallı vəziyyətdə polis şöbəsinə aparıblar.