31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə ABŞ-nin Nyu-York şəhərinin dünyaca məşhur "Times" meydanında məlumatlandırma aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı ilə baş tutub.
Meydanın mərkəzində yerləşən led ekranların birində Azərbaycanın tarixi, milli adət-ənənələri, ərazi bütövlüyünün əks edildiyi nəhəng xəritə, milli atributları, dövlət bayrağı, eləcə də milli geyimləri və rəqslərinin nümayiş olunduğu videogörüntülər əks olunub.
AAYF-nin üzvləri olan, ABŞ-də təhsil alan azərbaycanlı gənclər aksiya barəsində meydanı ziyarət edən turistləri və yerli sakinləri məlumatlandırıblar. Aksiya gün ərzində davam edəcək.