Kot-d'İvuar prezidenti Alassan Uattara bildirib ki, Fransa kontingenti ölkədən çıxarılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə ölkə prezidenti xalqa müraciətində bildirib.
A.Uattara bildirib ki, Kot-d'İvuar sakinləri öz silahlı qüvvələrinin modernləşdirilmiş vəziyyəti ilə fəxr etməlidirlər:
"Bu kontekstdə biz Fransa qoşunlarının koordinasiyalı və mütəşəkkil şəkildə çıxarılması barədə qərar qəbul etdik", - deyə o qeyd edib.