01 yanvar 2025 09:26
143

ABŞ-də pendir fabrikində zəhərli tüstüyə görə 20 nəfər xəstəxanaya yerləşdirilib

ABŞ-ın Nyu-Meksiko ştatında pendir fabrikində nasaz avadanlıq ucbatından azı 20 nəfər zəhərli tüstüdən halı pisləşərək xəstəxanaya yerləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Hadisə bazar ertəsi səhər saatlarında baş verib. Xəstəxanaya yerləşdirilən iki nəfərin vəziyyəti ağırdır.

Qəza işləri qısa müddətdə başa çatdırılıb və həmin gün zavod fəaliyyətini bərpa edib.