01 yanvar 2025 11:12
140

FTB ABŞ-nin tarixində ən böyük partlayıcı qurğuların olduğu anbarı aşkar edib

Federal Təhqiqat Bürosunun (FTB) əməliyyatçıları ABŞ-nin Virciniya ştatında ölkə tarixində ən böyük partlayıcı qurğuların olduğu anbarı aşkar ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə CBS kanalı məlumat yayıb.

Məlumata görə, gizli anbarda 150-dən çox istifadəyə hazır əldəqayırma partlayıcı qurğu tapılıb.

"FTB ərazidə 150-dən çox partlayıcı qurğu aşkar edib ki, bu da ilkin qiymətləndirmələrə görə, tarixdə hazır partlayıcı qurğuların ən böyük müsadirəsi olub", - prokurorun məhkəməyə müraciətində qeyd olunub.

Həbs edilən Bred Spafford odlu silahın qanunsuz saxlanılmasına görə tutulub - daha sonra onun Ayl-of-Uayt dairəsindəki fermasında axtarış aparılıb.

Təxminən səkkiz hektar ərazinin yoxlanılması nəticəsində Federal Təhqiqat Bürosunun əməliyyatçıları rekord sayda hazır partlayıcı maddə aşkar ediblər.