ABŞ Maliyyə Nazirliyi iki Rusiya rəsmisinə və bir İran təşkilatına qarşı sanksiya tətbiq edib.
“İki sahil” xəbər verir ki, 2024-cü ilin son günündə yayılan məlumata görə, İran İnqilabı Keşikçiləri Korpusunun törəmə şirkəti olan Koqnitiv Dizayn İstehsalat Mərkəzi (CPDC) və Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) Moskvada yerləşən Geosiyasi Ekspertiza Mərkəzinə və onun direktoru Valeri Mixayloviç Korovinə qarşı sanksiyaların qəbul edildiyi bildirilib.
Bildirilib ki, bu şəxslər 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək seçkilər zamanı kiber fəaliyyətlər vasitəsilə “sosial-siyasi gərginliyi qızışdırmağa və seçki institutlarını sarsıtmağa cəhd etməkdə” ittiham olunurlar.
ABŞ Maliyyə Nazirliyi də Moskva şəhər şurasının üzvü və hüquq müdafiəçisi Aleksey Qorinovun əsassız həbsində roluna görə rusiyalı hakim Olesya Mendeleyevaya sanksiya tətbiq etmək qərarına gəlib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”