01 yanvar 2025 13:06
148

ABŞ texnoloji liderləri 2024-cü ili rekord gəlirlə başa vurdular

"Möhtəşəm Yeddilik" olaraq adlandırılan texnologiya nəhəngləri “Alphabet”, “Amazon”, “Apple”, “Meta”, “Microsoft”, “Nvidia” və “Tesla”nın səhm qiymətləri keçən il rekord səviyyələrə çatıb.

 “İki sahil” xəbər verir ki, 2024-cü ildə sözügedən şirkətlərin investorları 12-171 faiz arasında gəlir əldə ediblər.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini son 22 ilin ən yüksək səviyyəsindən endirmə qərarı və süni intellektin korporativ mənfəətləri artıracağına dair gözləntilər səbəbiylə texnologiya ehtiyatlarının artması keçən il bazarları dəstəkləyən amillər kimi önə çıxıb.

Sentyabr ayından etibarən FED-in 100 əsas bəndlik siyasət faizini endirməsi iqtisadi artımla bağlı gözləntiləri artırarkən, süni intellektlə bağlı həvəs və onun gətirəcəyi potensial məhsuldarlıq yüksəlişləri “möhtəşəm yeddilik” adlandırılan şirkətləri zirvəyə yüksəldib.

Noyabrda Donald Trampın ikinci müddətə ABŞ prezidenti seçilməsi bazarları canlandırdı, eyni zamanda, yeni seçilmiş prezident Trampın şirkətlər üçün tənzimləmələri azaltmaq və korporativ vergi dərəcələrini aşağı salmaq vədləri də investorlara ümid verib.

“Alphabet”, “Amazo”, “Apple”, “Meta”, “Microsoft”, “Nvidia” və “Tesla” şirkətlərinin səhmləri 2024-cü ildə əvvəlki ilə nisbətən daha aşağı nisbətlərdə artsa da, bu şirkətlər öz investorlarını qazandırıblar.

Məhərrəm Ağalaroğlu, “İki sahil”