İsrail nümayəndə heyəti atəşkəs razılaşması, eləcə də Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlarda iştirak etmək üçün Qətərə yollanıb.
“İki sahil” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb. Qəzet qeyd edir ki, əvvəlki danışıqlar nəticəsiz qaldığı, məsələ dalana dirəndiyi üçün HƏMAS qruplaşmasının nümayəndələri də Dohaya getməyə razılaşıblar.