Avstriya hökumətinin başçısı Karl Nehammer koalisiya hökumətinin qurulması ilə bağlı üçtərəfli danışıqların nəticəsiz qalmasından sonra kansler və Avstriya Xalq Partiyasının (AP) sədri vəzifəsindən istefa verəcəyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa KİV-ləri xəbər verib. "Yaxın günlərdə mən Avstriya kansleri və Avstriya Xalq Partiyasının lideri vəzifəsindən istefa verəcəyəm", - deyə Avropa KİV-ləri Avstriya kanslerinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən bildirib.
Qeyd edək ki, bu həftə liberal NEOS (Yeni Avstriya və Liberal Forum) partiyası Avstriya Xalq Partiyası və Avstriya Sosial Demokrat Partiyası ilə koalisiya hökuməti yaratmaq üçün danışıqlardan çıxdığını elan edib.