Rusiyanın Çuvaşıstan Respublikasının Kanaş şəhərində Şaxta baba paltarı geyinmiş şəxs yerli iş adamını odlu silahla qətlə yetirib.
“İki sahil”in “cheb-news.net” saytına istinadən xəbərinə görə, yanvarın 2-də baş verən hadisədən sonra həmin şəxs ərazini tərk etsə də, sonradan saxlanılıb. Bildirilib ki, öldürülən şəxs əvvəllər hüquq-mühafizə orqanlarında işləyib. Hadisənin qisasçılıq zəminində törədildiyi ehtimal edilir. Cinayətkarın vaxtilə məhz qətlə yetirilən şəxsin aşkarladığı faktlar nəticəsində həbs edildiyi bildirilir.