03 yanvar 2025 12:59
119

Koreyanın dövlət şirkətləri iqtisadiyyata 45 milyard dollar sərmayə qoymaq niyyətindədir

Cənubi Koreyanın 26 böyük dövlət şirkəti hökumətin iqtisadiyyatı stimullaşdırmaq səylərini dəstəkləmək üçün 66 trilyon von (45 milyard ABŞ dolları) investisiya qoymaq niyyətindədir.

“İki sahil” “Yonhap”a istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb. Qurumun məlumatına görə, planlaşdırılan məbləğ əvvəlki illə müqayisədə 2,5 milyard von çoxdur. Bu investisiyalar mənzil bazarının sabitləşdirilməsinə, həmçinin infrastrukturun və energetikanın inkişafına yönəldiləcək.