ABŞ prezidenti Co Bayden və onun ailəsi bir il ərzində xarici liderlərdən on minlərlə dollar dəyərində hədiyyələr qəbul edib.
“İki sahil”in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin dərc etdiyi hesabatda deyilir. Hesabata görə, ABŞ-nin birinci xanımı Cill Baydenə Hindistan baş naziri Narendra Modi 7,5 karatlıq 20 min dollar dəyərində olan brilyant hədiyyə edib. Bundan başqa, Ukraynanın ABŞ-dəki səfiri birinci xanıma 14 min dollar dəyərində zinət əşyası hədiyyə edib.
Ağ Ev rəhbəri Co Bayden özü isə bu yaxınlarda impiçmentə məruz qalmış Cənubi Koreya lideri Yun Sok Yoldan xatirə fotoalbomu, Monoqolustan baş nazirindən 3 min dollar dəyərində olan monqol cəngavərlərinin heykəlini, Ukrayna prezidenti Volodimir Zelenskidən 2 min dollar dəyərində kollajı hədiyyə olaraq qəbul edib. Bundan savayı, Baydenə ötən il ərzində Bruney sultanı 3300 ABŞ dolları dəyərində gümüş qab, İsrail prezidenti isə 3160 ABŞ dollar dəyərində gümüşü sini hədiyyə edib.