Antalyanın (Türkiyə) Alanya rayonu sahillərində 4,5 bal gücündə zəlzələ baş verib.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, zəlzələ zamanı bəzi vətəndaşlar evlərini tərk edərək küçələrə çıxıblar.
AFAD-ın məlumatına görə, yerin 7 km dərinliyində baş verən zəlzələdən sonra xüsusilə Alanya rayonunda vətəndaşlar qorxaraq evlərindən çölə qaçıblar.
Məhərrəm Ağalaroğlu, “İki sahil”