"Capology" İngiltərə Premyer Liqasının ən çox maaş alan futbolçularının siyahısını açıqlayıb.
“İki sahil” xəbər verir ki, 1-ci yerdə “Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Kevin de Brüynedir. 33 yaşlı futbolçunun maaşı illik 20,8 milyon funt sterlinqdir. "Şəhərlilər"in hücumçusu Erlinq Haaland 19,5 milyon funt sterlinq maaşla 2-ci yerdədir.
İngiltərə Premyer Liqasında ən çox maaş alan 10 futbolçu:
1. Kevin De Brüyne ("Mançester Siti") - 20,8 milyon funt sterlinq;
2. Erlinq Haaland ("Mançester Siti") - 19,5 milyon funt sterlinq;
3. Məhəmməd Salah (“Liverpul”) – 18,2 milyon funt sterlinq;
4. Kazemiro ("Mançester Yunayted") - 18,2 milyon funt sterlinq;
5. Cek Qriliş ("Mançester Siti") - 15,6 milyon funt sterlinq;
6. Markus Reşford ("Mançester Yunayted") - 15,6 milyon funt sterlinq;
7. Bruno Fernandeş ("Mançester Yunayted") - 15,6 milyon funt sterlinq;
8. Bernardo Silva ("Mançester Siti") - 15,6 milyon funt sterlinq;
9. Kai Havertz ("Arsenal") - 14,5 milyon funt sterlinq;
10. Qabriel Jesus ("Arsenal") - 13,7 milyon funt sterlinq