İngiltərə millisinin müdafiəçisi Haqqi Maquayr minimum daha 1 il “Mançester Yunayted”in formasını geyəcək.
“İki sahil” xəbər verir ki, 32 yaşlı futbolçunun mövsümün sonunda başa çatacaq müqaviləsi 2026-cı ilin yayına kimi artırılacaq.
Bu barədə “Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim məlumat verib.
Qeyd edək ki, Harri Maquayr “Mançester Yunayted”ə 2019-cu ildə 80 milyon funt-sterlinq qarşılığında “Lester”dən keçib. Cari mövsümdə o, meydana çıxdığı 16 matçda 1 qol vurub.