Tanzaniyalı peşəkar boksçu Hassan Mqaya rinqdə aldığı zərbələr nəticəsində vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının mətbuat xidməti məlumat yayıb.
29 yaşlı idmançı dekabrın 27-də Tailandın Dar-əs-Salam şəhərində həmyerlisi Paul Elias ilə qarşılaşıb. Başına bir neçə güclü zərbəni dəyən Hassan 5-ci raundda nokauta düşüb. O, ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib. Dekabrın 30-da isə boksçu xəstəxanada vəfat edib.
Hassan Mqayanın peşəkar boksda 3 qələbəsi, 4 məğlubiyyəti və 2 heç-heçəsi var idi.