İngiltərə təmsilçisi "Mançester Yunayted" "Vulverhempton"un hücumçusu Matheus Kunya ilə güclənə bilər.
“İki sahil” xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Lakin qarşı tərəf oyunçusunu buraxmaq niyyətində deyil və ona 2030-cu ilin yayına qədər yeni müqavilə təklif etməyə hazırlaşır.
M.Kunyanın "Vulverhempton"la olan hazırkı sözləşməsi 2027-ci ildə başa çatacaq. Braziliyalı futbolçu cari mövsüm 20 qarşılaşmada 10 qol vurub.