04 yanvar 2025 14:41
139

Dumana düşən klublar açıqlama yaydılar

Portuqaliya çempionatının 17-ci turunun yarımçıq dayandırlan “Nasional” - “Portu” matçı qaldığı yerdən davam edəcək. 

“İki sahil” xəbər verir ki, qatı duman səbəbindən matç 15-ci dəqiqədə təxirə salınıb. Həmin vaxt görüşdə hesab 0:0 olub.

Hər iki klub bu gün açıqlama yayaraq matçın yanvarın 15-də keçiriləcəyini bəyan edib.

Qeyd edək ki, hazırda “Portu” 40 xalla turnir cədvəlində ikinci yeri tutur. “Nasional” isə 13 xalla 15-cidir.