05 yanvar 2025 08:48
112

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini həbs olunub

Məhkəmə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanı həbs edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini səhlənkarlıqda ittiham olunur. Xaçatryan 2021-ci ilin fevralında Baş nazir Nikol Paşinyanın “İsgəndər” kompleksləri ilə bağlı dediklərini ələ saldıqdan sonra tutduğu vəzifədən azad edilib.